Rusiyadan Bakıya yeni reyslər açılır –

Hansı şəhərlərdən uçuş olacaq?
20 May 2021 - 10:50

Rusiyanın “Uralskie avialinii” aviaşirkəti bir neçə şəhərdən Bakıya yeni reysləri işə salacaq.

Bu barədə şirkət məlumat yayıb.

Qeyd olunur ki, mayın 29-dan etibarən Krasnoyarsk şəhərindən Bakıya uçuşlar başlayacaq.

Mayın 31-dən Omsk, Novosibirsk və Nijni Novqoroddan reyslər planlaşdırılır.

Bundan başqa, iyunun 3-dən Perm-Bakı, iyunun 4-dən Samara-Bakı rmarşrutu ilə uçuşlar həyata keçiriləcək.