Rusiyadan gələn humanitar yük Azərbaycanın Dağlıq Qarabağ ərazisinə çatdırılıb

19 Dekabr 2020 - 14:38

Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb.

Rusiya FHN-in Dağlıq Qarabağdakı qrupunun rəhbəri Vadim Qarşin jurnalistlərə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlərə sosial əhəmiyyətli obyektlərin, mənzillərin və obyektlərin bərpası üçün zəruri olan tikinti materialları gətirilib: “Ümumi çəkisi 1200 tondan çox olan 54 vaqon humanitar yükün qəbulunu, boşaldılmasını və əhaliyə çatdırılmasını planlaşdırırıq”. (APA)