Rusiyadan İrana göndərilən humanitar yardım Lənkərandan yola salınıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardım Lənkərandan yola salınıb.

APA-nın xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəran Beynəlxalq Hava Limanında İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənib. Maşınlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən İrana keçəcək.

Rusiyadan İrana 13 ton tibbi vasitənin göndərildiyi bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.