“Rusiyadan S-400-lər almağa ehtiyacımız yoxdur”- İranlı nazir

“İranın hazırda Rusiyadan S-400 zenit-raket komplekslərini almağa ehtiyac yoxdur”.

Azpost.info xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat naziri Məhəmməd Rza Aştiyani deyib.

Onun sözlərinə görə, İran lazımi müdafiə silahları ehtiyatına sahibdir.

“Müdafiə silahları ilə özümüzü təmin edə bilirik. Rusiya – münasibətlərimizi yüksək səviyyədə saxladığımız ölkələrdən biridir. Amma İranın hazırda Rusiyadan S-400 zenit-raket komplekslərini almağa ehtiyac yoxdur. Ehtiyac yarananda bunu edəcəyik”, – nazir qeyd edib.

Ötən həftə “Bloomberg” İsrail və ABŞ-dakı mənbələrə istinadən yazmışdı ki, İran Rusiyadan S-400-lərialmağa çalışır. İsrail isə bunu Tehranın nüvə obyektlərinə potensial zərbələr üçün maneə kimi qiymətləndirir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.