Rusiyalı aktyorun qızını rus dilində danışdığına görə döyüblər

Rusiyanın əməkdar artisti Vasili Mişşenkonun qızı İtaliyada döyülüb.

Azpost.info bildirir ki, rejissor bu barədə “Belə deyək” layihəsi çərçivəsində İqor Kolkaya müsahibəsində danışıb.

Mişşenkonun sözlərinə görə, hücumu ukraynalı qaçqınlar həyata keçirib. Qızın rusca danışdığını eşidiblər, ona tərəf qaçıblar və döyməyə başlayıblar.

“Amma bu hekayədəki ən heyrətamiz şey odur ki, uşaq qışqırır: “İcazə verin, onu vurum!”-deyə aktyor bildirib.

Mişşenkonun qızını ən çox  ukraynalıların qəddarlığı  təəccübləndirib.

Polis döyülməsi ilə bağlı şikayətə cavab verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalılarla ruslar arasında lokal qarşıdurmalara məhəl qoymamağa çalışırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.