“Rusiyalı iş adamlarına qarşı sanksiyalar ləğv edilməyəcək” – Britaniya XİN

Rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyalar ləğv edilməyəcək.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Tras deyib.

Trasın fikrincə, rusiyalı sahibkarlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması son dərəcə çətindir: “Bu oliqarxlar Rusiya prezidenti Vladimir Putinə bütün bu işləri görməyə icazə veriblər”.

XİN rəhbəri həmçinin rusiyalı iş adamı, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin Böyük Britaniyaya qayıda bilməyəcəyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Putin həmişəkindən daha sağlam və daha adekvatdır” – Lukaşenko

Sonrakı məqalə

Bir qrup sakin Ağdam Şəhidlər xiyabanını ziyarət edib – FOTO