Rusiyalı kişi sevgilisini Trampın oğlu ilə tutdu-Canlı efirdə döydü

Donald Trampın oğlu Barron Londonda telefon danışığı zamanı bir rus kişisinin qadına hücum etdiyinin şahidi olub və dərhal polisə zəng edərək ünvanını bildirib.

AzPost bildirir ki, Donald Trampın kiçik oğlu Barron video zəng zamanı tanışının hücuma məruz qaldığı zorakılıqla bağlı işdə əsas şahidə çevrilib.

Bu barədə The Times məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

İttiham tərəfinin məlumatına görə, Barron Tramp qadınla video zəng vasitəsilə danışarkən kadrda qadının keçmiş sevgilisi, 22 yaşlı Rusiya vətəndaşı Matvey Rumyantsev peyda olub. İddialara görə, gənc kişi qadının saçından tutaraq yerə yıxıb və onu təhqir etməyə başlayıb, “dəyərsiz” olduğu barədə qışqırıb. Tramp gerçək hücumun şahidi olduğunu düşünüb və ekstrmal yardım xidmətlərinə zəng edib.

Məhkəmədə münsiflər heyətinə Trampın oğlunun 999 zənginin səs yazısı səsləndirilib. Orada Barron operatora döyülən bir dostundan zəng aldığını deyir, polisə ünvanı verərək vəziyyətin təcili olduğunu israr edir. “Bu, fövqəladə haldır… oğlan onu döyür”.

Prokurorlar münaqişənin səbəbinin qısqanclıq olduğunu düşünürlər. Onlar iddia edirlər ki, Rumyantsev qızın Trampla qarşılıqlı əlaqəsindən qəzəblənib və həmin axşam amerikalı onunla əlaqə saxlamağa çalışdıqdan sonra qəzəblənib. Operator Trampı sərt tonuna görə danlayıb aydın cavab verməsini tələb edib. Barron qızla sosial mediada tanış olduğunu və aradakı dəqiqələrdə onun başına nə gələ biləcəyini bilmədiyi üçün narahat olduğunu izah edib. Söhbətin sonunda o, hətta sərt hərəkətinə görə üzr istəyib.

Hadisə yerinə gələn polisin üzərinə taxdığı kamera görüntüləri də məhkəmədə nümayiş etdirilib. Videoda qadın zabitlərə Donald Trampın oğlu Barronla dost olduğunu deyir, bundan sonra zabitlərdən biri zəngin “amerikalı məlumat mənbəyindn”, ehtimal ki, ABŞ prezidentinin oğlundan gəldiyini qeyd edir.

Münsiflər heyətinə bildirilib ki, hadisə baş verən zaman qadın Rumyantsevlə təxminən altı ay münasibətdə olub. Qadın iddia edir ki, mübahisədən sonra Rumyantsev onu döyüb və boğmağa cəhd edib. Bir neçə ay sonra zərərçəkmiş eyni kişi tərəfindən cinsi təcavüzə məruz qaldığını da polisə bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.