Rusiyalı nevroloq insan beyninə mikroçip qoyulmasını qiymətləndirib

Rusiya Nevroloji Mərkəzin həkimi Pyotr Şaxnoviç Truxanov mikroçiplərin insan beyninə implantasiya edilməsinin risklərini qiymətləndirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Turxanov bu barədə “Zvezda” telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, implantların kütləvi tətbiqi bir sıra fəsadlar yarada bilər, lakin cihazların terapevtik məqsədlər üçün istifadəsində heç bir problem yoxdur: “İnsanlar təşviş yaratmağa meyllidir. Ancaq unutmayaq ki, elm adamları cəmiyyətə tərəqqi gətirirlər”.

Nevroloq əlavə edib ki, bu inkişafın müsbət nəticələr verəcəyinə inanır.

Xatırladaq ki, daha əvvəl İlon Maskın rəhbərliyi altında sözügedən beyin implantı sınaqları donuz üzərində həyata keçirilib. O, analoji əməliyyatın ilk dəfə olaraq bu il insan üzərində gerçəkləşdiriləcəyinə ümid etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

CƏNNƏTDƏ 40-CI GÜN –

Sonrakı məqalə

Bu gün Aşuradır