Rusiyalı oliqarxlar şəxsi təyyarələrini Dubayda gizlədir

Rusiyalı oliqarxlar şəxsi təyyarələrini ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyalarından qorumaq üçün Dubayda gizlədirlər.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Peyk şəkilləri və radar məlumatları Roman Abramoviç, Viktor Raşnikov, Mixail Qutseriyev, Arkadi Rotenberq və digər rus milyarderlərinin təyyarələrinin Dubayda ilişib qaldığını göstərir”, – məlumatda qeyd olunur.

Qəzet yazır ki, rus podratçılarının təyyarələrinin sığortası və texniki xidmətinə qoyulan qadağalar səbəbindən təyyarələr uça bilmir və boş dayanmağa məcbur olurlar. Dubay hava limanlarında əvvəllər Rusiyada yerləşən onlarla təyyarənin olduğu bildirilir. Dubayın Əl-Məktum Beynəlxalq Hava Limanında bir təyyarənin saxlanmasının bir günü min dollara başa gəlir.

Birləşmiş Ərəb Əmirlikləri səmasını Rusiya təyyarələrinə bağlamayıb. Amma Aİ və ABŞ-ın Rusiya təyyarələrinin sığortası və texniki xidmətinə tətbiq etdiyi qadağa onları səmaya qalxmaq imkanından məhrum edir. Ruslara məxsus təyyarələrin əksəriyyəti sığortalanıb və Avropa şirkətləri tərəfindən idarə olunur.

Azpost.info

Əvvəlki məqalə

Şahzadə Uilyam övladlarına sosial şəbəkədən istifadəni qadağan edib

Sonrakı məqalə

Nazir “Son zəng”in necə keçiriləcəyinə aydınlıq gətirib