Şahzadə Uilyam övladlarına sosial şəbəkədən istifadəni qadağan edib

Şahzadə Uilyam və Keyt Middlton övladlarına sosial şəbəkələrdən istifadə etməyi qadağan ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb. Ailəyə yaxın mənbənin sözlərinə görə, cütlük varislərinin özlərini daha sadə aparmasını istəyirlər: “Keyt və Uilyam onların sosial media hesablarına, hətta gizli hesablara sahib olmasına icazə verməyəcəklər. Onlara korrekt olmağı öyrədiblər. Eymi zamanda, sosial şəbəkələrdə gənc uşaqların bloger olması tendensiyası ilə qətiyyən razılaşmırlar”.

Mənbə qeyd edir ki, Uilyam və Keyt varislərə imtiyazlı mövqelərini izah etməyə çalışıblar. Bununla belə, onlar uşaqların təkəbbür göstərmələrini və digərlərindən daha yaxşı olduqlarına inanmalarını istəmirlər: “Uşaqlar öz mövqeləri ilə öyünmürlər və üstünlük sindromundan əziyyət çəkmirlər. Onların qızı şahzadə Şarlotta və böyük oğlu şahzadə Corc adi məktəbdə oxuyur və həmyaşıdları ilə bərabər davranırlar. Şarlotta ev tapşırığı etməyi sevir və oxumaq üzrə sinfinin ən yaxşısı olub”. Azpost.info

Əvvəlki məqalə

Nazir:

Sonrakı məqalə

Rusiyalı oliqarxlar şəxsi təyyarələrini Dubayda gizlədir