Rusiyalı politoloqlar və ekspertlər Şuşaya gəlib –Cənubi Qafqazla bağlı konfrans işinə başlayıb

Konfrans öz işinə başlayıb.

**

Şuşada bu gün Rusiyanın tanınmış politoloqları və ekspertlərinin iştirakı ilə konfrans keçiriləcək.

Azpost.info bildirir ki, bu barədə hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Bunun üçün Rusiyadan nümayəndə heyəti Azərbaycana gəlib.

Qonaqların arasında İqor Korotçenko, tanınmış politoloq Sergey Markov və digərləri də var.

Bir çox Rusiyalı ekspertlər üçün bu Şuşaya ilk səfərdir.

Səfər proqramı bir neçə istiqamətdə olacaq. Qonaqlar Füzuli hava limanına baxacaq, azad olunmuş ərazilərdə gedən bərpa işləri ilə tanış olacaqlar.

Şuşanın “Qarabağ” otelində konfrans öz işinə başlayacaq. Azərbaycanlı politoloq və ekspertlərin də iştirak edəcəyi konfransın əsas məqsədi Cənubi Qafqazda 44 günlük müharibədən sonra yaranmış yeni situasiyanı müzakirə etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda üzərində “Kalaşnikov” gəzdirən şəxs həbs edilib –

Sonrakı məqalə

Azərbaycan–Norveç matçının hakimləri açıqlanıb