“Rusiyalı turistlərə qadağa qoyulsa, Avropa 21 milyard itirəcək”- VOLODİN

“Avropa İttifaqı ölkələri Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaqla özlərini cəzalandırırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, rusiyalı turistlərin Aİ ölkələrinə girişinə qadağa qoyulsa, Avropa 21 milyard avro itirəcək.

Volodinin fikrincə, belə məhdudlaşdırıcı tədbirlər Avropanın axmaqlığı və nadanlığı ucbatından müzakirə olunur: “Dünya əhalisinin 80 faizi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Yəni qonaq gedəcəyimiz yerlər var. Lakin öz infrastrukturumuzu inkişaf etdirmək daha yaxşıdır. Çox gözəl yerlərimiz var. Ölkəmizdə səyahət və istirahətə şərait yaratmaq üçün hər şey edilməlidir”, – spiker “Teleqram” kanalında yazıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.