Rusiyalıların 60 faizi Stalinə müsbət yanaşır –

RƏY SORĞUSU
24 İyun 2021 - 08:51

Rusiyalıların 60 faizi İosif Stalini müsbət qiymətləndirir.

Moskvadadakı Levada ictimai rəyi oyrənmə mərkəzinin sorğusu belə bir nəticəyə gəlib. Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır.

Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir. Levada Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır. Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir.

Bunlardan 5 faizinin Stalindən xoşu gəlmir, 4 faizi onun şəxsiyyətinə qorxu ilə və 2 faizi ikrah hissi ilə yanaşır. Respondentlərin 28 faizi Stalinin şəxsiyyətinə biganə olduğunu bildirib.

Levada mərkəzinin bundan əvvəl keçirdiyi sorğudan məlum olmuşdu kii, respondentlərin 83 faizi Rusiyanın düşmənləri olduğuna inandığını bildirib.