“NATO Rusiyanı aldatdı”- PUTİN

“NATO-nu şərqə doğru genişləndirməyəcəklərinə söz verərkən Rusiyanı aldadıblar. Sonra isə onlar Ukraynaya da gəlib çatdılar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O əlavə edib ki, SSRİ dağılandan sonra Ukrayna Qərbin təklifi ilə anti-Rusiya yaratmaq yoluna qədəm qoyan insanlar tərəfindən idarə olunub.

O, müstəqillik dövründə Ukraynanın əvvəldən özünü neytral dövlət elan etdiyini, daha sonra Rusiyaya düşmən olan, sırf SSRİ və Rusiya ilə mübarizə məqsədilə yaradılmış NATO-ya daxil olmaq üçün tədricən fərqli yola qədəm qoyduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2008-ci ildə Ukraynada heç bir xarici hərbi-siyasi gərginlik əlamətləri olmadığı halda NATO-ya üzv olmaq istədiklərini bildirdilər. Qərb ölkələri isə Ukrayna üçün NATO-nun qapılarının açıq olduğunu bəyan ediblər.

“Hamını aldadıblar. Ukrayna adlanan əraziyə lap əvvəldən faktiki olaraq Qərbin rəhbərlik etdiyi adamlar nəzarət edirdi. Onlar təkcə Rusiya ilə mübarizə aparmır, həm də bu ərazilərdə anti-Rusiya yaratdılar. Rusiya cavab verməyə məcbur oldu”, – Putin bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.