“ABŞ Rusiyanı etdiyi hərəkətlərə görə hesab verməyə məcbur edəcək”.
Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden Dövlət Departamentində çıxışı zamanı deyib. “Mən prezident Putinə aydın şəkildə işarə verdim ki, ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətləri qarşısında geri çəkildiyi günlər arxada qaldı. Biz tərəddüd etmədən xalqımızın həyati maraqlarını müdafiə edəcək və Rusiyanı buna görə hesab verməyə məcbur edəcəyik”-deyə Bayden vurğulayıb.
Prezident deyib ki, oxşar mövqedə olan digər tərəfdaşlarla bir koalisiyada işləyəcəkləri təqdirdə ABŞ-ın Rusiyaya qarşı münasibətdə yürüdəcəyi fəaliyyəti daha çox effektiv olacaq.