“Rusiyanı HƏMAS-a silah verməkdə ittiham etmək cəhdləri spekulyasiyadır”- ZAXAROVA

“Rusiyanın Fələstinin HƏMAS hərəkatını silahla təmin etməsində əli olması ilə bağlı Qərb tərəfindən yayılan məlumatlar spekulyasiyadır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Qərb ölkələrinin Rusiyanı HƏMAS-ın hərbiləşdirilmiş strukturlarını silah-sursatla təchiz etməkdə ittiham etmək cəhdləri absurddur”, – XİN rəsmisi deyib.

O xatırladıb ki, NATO ölkələri, onların tərəfdaşları Kiyevə hərbi texnika və silahların verilməsi məsələsində məsuliyyətsiz davranıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.