Rusiyanı SWIFT-dən ayırmaq… –Kimlər dəstək verir, kimlər tərəddüd edir?

Rusiyanı SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi) ayırmağa dəstək verən ölkələrin sayı artır.

Azpost.info xəbər verir ki, Kanada baş naziri Castin Trüdo Rusiyanı bütün dünyada maliyyə əməliyyatlarından kənarlaşdırmağa, eləcə də Rusiya banklarını SWIFT-dən ayırmağa hazır olduğunu bildirib. Britaniya baş naziri Boris Conson xəbərdarlıq edib ki, Putin soyuq müharibədən sonrakı nizamı dəyişmək üçün revanşist missiya ilə məşğuldur və o, dayanmaya bilər. Baş nazir Putin və onun rejiminə maksimum zərər vermək üçün Qərb liderlərini SWIFT-lə bağlı təcili tədbirlər görməyə çağırıb.

Fransa prezidenti Emmanuel Makron Rusiyanın SWIFT-dən ayrılmasına dəstək verməyə hazır olduğunu bəyan edib. Fransa lideri bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində deyib. “Makron Ukraynanın əsl dostudur. Fransa ən çətin anlarımızda bizimlədir. Fransa Rusiyanı SWIFT-dən ayırmağı, Putinə qarşı şəxsi sanksiyaların tətbiqini, müdafiə silahlarının verilməsini dəstəkləyir”, – Zelenski bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın da Rusiyanın SWIFT sistemindən ayrılmasını dəstəklədiyini deyib. Kuleba qeyd edib ki, Kipr Rusiyanın SWIFT-dən ayrılmasına mane olmayacaq. “Bloomberg”in məlumatına görə, hazırda Bayden administrasiyası bu məsələni avropalı müttəfiqlərlə müzakirə edir.

Üstəlik, Rusiyanı SWIFT-dən ayırmaq Federal Ehtiyat Sistemi ilə müzakirə olunur. Başqa bir mənbə agentliyə bildirib ki, ABŞ bu istiqamətdə Avropa Komissiyası ilə də danışıqlara başlayıb. Amma hələlik yekun qərar yoxdur.

Zelenski bu gün bəyan edib ki, Ukrayna Rusiyanı SWIFT-dən ayırmaqla bağlı demək olar ki, tam dəstəyə sahibdir. Sadəcə, Almaniya və Macarıstan tərəddüd edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir