“Rusiyanı təcrid etmək planlarını alt-üst etdiniz!”- Putin diplomatlara təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəni təcrid etmək planlarını pozmaqda rus diplomatik işçilərinin rolunu yüksək qiymətləndirib.

Azpost.info xəbər verir ki, Putin həmçinin diplomatiya işində prioritetlərdən – xaricdə rusların hüquqlarının qorunması və neonasizmə qarşı mübarizədən danışıb.

“Sizin böyük səyləriniz sayəsində nəinki kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını alt-üst etmək, həm də dünya birliyinin əksər üzvləri – Avrasiya məkanı, Yaxın Şərq dövlətləri, Şərq, Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub”, – Putin qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.