“Rusiyanı tərk edən və Ukraynadakı müharibənin əleyhinə çıxış edən şou-biznes ulduzları ölkəyə qayıtdıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlar”.
Azpost.info xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin deyib.
“Xaricə gedib Rusiya ordusunun hərəkətlərini gözdən salan şou-biznes nümayəndələrinin mövqeyi, yəqin ki, onların yerləşdikləri ölkələrin siyasətinə xoş gəlmək istəyi ilə bağlıdır. Onlar bir neçə ildən sonra geri qayıtmaq qərarına gəlsə, öz əməllərinə görə qanuna uyğun cavab verməli olacaqlar”, – Bastrıkin bildirib.
Onun sözlərinə görə, sənətçilər xaricdə fəaliyyətlərini davam etdirmək və mənfəət əldə etmək üçün Rusiya ordusunu hədəf götürməklə məşğuldurlar. İstintaq Komitəsinin rəhbəri hesab edir ki, belə mədəniyyət xadimləri öz etibarsızlıqlarını nümayiş etdiriblər: “Onilliklər ərzində onların konsertlərinə gələn sadə vətəndaşların hesabına çoxmilyonlarla sərvət qazandıqları ölkədən üz çevirdilər. Amma bildiyiniz kimi, satqınlar heç yerdə xoş qarşılanmır”.
Azpost.info