Rusiyanın ən böyük mobil operatoru tarifləri kəskin artırır

Rusiyanın ən böyük mobil operatorlarından olan MTS sentyabrın 28-dən tariflərin qiymətinin 12 faiz artırılması barədə abunəçilərə SMS bildirişlər göndərib.

Azpost.info xəbər verir ki, MTS-dən bildirilib ki, bəzi arxivləşdirilmiş tariflərdə aylıq abunə haqqı dəyişəcək, lakin dəyişiklik 10 faizdən az olacaq.

Operatorun nümayəndəsi deyib ki, tənzimləmədən təsirlənən bəzi arxivləşdirilmiş tariflər üçün abunə haqqı bir neçə il ərzində dəyişməz qalıb.

Şirkət qiymət artımını avadanlığa texniki xidmət xərclərinin artması, eləcə də trafikin artması fonunda şəbəkələrin genişləndirilməsi və modernləşdirilməsinə investisiya qoyuluşunun zəruriliyi ilə izah edib.

Azpost.info

Əvvəlki məqalə

Sahibkarlar üçün bank hesabının açılması qaydasında dəyişiklik olacaq?

Sonrakı məqalə

Hökumət 30 dəfə qaldırdığı qiyməti 30 faiz endirməyi planlaşdırır