Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə küçəyə çıxmaq qadağan olunub

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub.

Bu barədə Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Kruqlıy bildirib.

Onun sözlərinə görə, gələn həftənin birinci günü öz işinə başlayacaq AŞPA-nın sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə Strasburqda sərbəst hərəkət etmək qadağan olunub, buna səbəb isə Avropa İttifaqının “Sputnik V” vaksinini tanımamasıdır. Nümayəndə heyətinə “qırmızı zona”dan gəlmələri barədə xəbərdarlıq edilib və bildirilib ki, onlar ancaq qaldıqları hoteldən AŞPA-nın yerləşdiyi binaya gəlib-gedə bilərlər.

Rusiyalı senator qeyd edib ki, Türkiyə və Ukrayna nümayəndə heyətlərinin “qırmızı zona”dan gəlmələrinə baxmayaraq, onların sərbəst hərəkətinə icazə verilib: “Çünki onlar “Pfizer”lə peyvənd olunublar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pul ödəmək istəməyənlər zibilli bura daşıyırlar…” –

Sonrakı məqalə

Zərərçəkənlər sabiq MTN generalından 315 min dollar istəyir –