Brüsselin sanksiyalarına baxmayaraq, Rusiyanın Avropa İttifaqında mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı payı ilin birinci yarısında 20 faizə yüksəlib. Bir il əvvəl bu göstərici 14 faiz olub.
Azpost.info bildirir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Bu Ukraynada müharibənin başlamasından iki ildən artıq müddətdə Avropanın enerji balansının pisləşməsindən xəbər verir.
Rusiya artıq Avropa İttifaqının ən böyük qaz tədarükçüsü deyil. Lakin onun satdığı LNG Avropanın enerji təhlükəsizliyi üçün vacib olaraq qalır.