“Rusiyanın Azərbaycanla sərhədinin hüquqi qeydiyyatı hələ başa çatdırılmayıb” –Sərhəd Xidmətinin rəhbərindən AÇIQLAMA

“Hazırda Rusiyanın Azərbaycanla sərhədinin beynəlxalq -hüquqi qeydiyyatı hələ başa çatdırılmayıb”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov “Rossiyskaya Qazeta”ya müsahibəsində deyib.

Kulişovun sözlərinə görə, həmçinin Ukrayna, Qazaxıstan, Cənubi Osetiya və ABŞ ilə dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər yekunlaşmayıb.

O bildirib ki, 2014-cü ildən Ukrayna ilə demarkasiya prosesi dayandırılıb. Krım yarımadasında da Rusiya-Ukrayna sərhədi təsdiqlənməyib. Bundan başqa Berinq boğazında ABŞ-la sərhəd bölgüləri tənzimlənməyib.

Həmçinin Estoniya, Gürcüstan və Yaponiya ilə dövlət sərhədləri beynəlxalq sazişlərlə təsdiqlənməyib.

Gürcüstanla dövlət sərhədinin delimitasiyası 91% tamamlanıb. Lakin 2008-ci ildən Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi ilə bağlı mövqeyinə görə bu iş dayandırılıb”.

Komandan qeyd edib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.