Rusiyanın Azərbaycandakı səfiri Şuşaya gedib- FOTO

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Twitter“də bildirib.

Qonaq, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə əyani tanış olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.