“Rusiyanın bu qərarı Vyana Konvensiyasına ziddir” –

Çexiya XİN etiraz etdi
15 May 2021 - 09:18

“Rusiyanın Çexiyanı dost olmayan ölkələr siyahısına daxil etməsini, təkcə Praqa ilə deyil, həm də Avropa Birliyi və müttəfiqləri ilə münasibətləri gərginləşdirən addım kimi qiymətləndiririk”.

RİA Novosti-nin məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bundan əlavə, Rusiyanın bu qərarı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına, xüsusən də imzaladığı diplomatik nümayəndəliklərin düzgün işləməsini təmin etmək öhdəliyi və dövlətlərarası ayrıseçkiliyə yol verilməməsi prinsipinə tamamilə ziddir”, Çexiya XİN-in açıqlamasında bildirilib.