Zidan mövsümün sonunda “Real”dan ayrılacaq

15 May 2021 - 09:20

“Real Madrid”in baş məşqçisi, fransız mütəxəssis Zinəddin Zidan cari mövsümün sonunda vəzifəsini tərk etmək niyyətindədir.

Məşqçi qərarı bir neçə ay əvvəl verib və həm mənəvi, həm də fiziki cəhətdən yorğunluqla əsaslandırıb.

Bildirilir ki, Z.Zidan 2016-cı ildən Madrid komandasının baş məşqçisi olub. 2018-ci ilin yayında mütəxəssis bu vəzifəsini tərk edib, lakin qısa fasilədən sonra 2019-cu ildə eyni işinə qayıdıb.

Xatırladaq ki, hazırda “Real” Madrid 78 xalla turnir cədvəlində ikinci yerdədir.