“Rusiyanın bu qərarını qəbul edə bilmərik!”- Türkiyə XİN bəyanat yaydı

“Türkiyə Donetsk və Luqansk “Xalq Respublikalarının”, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşmək qərarını qəbul edə bilməz”.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“2014-cü ildə tutduğumuz mövqeyə uyğun olaraq, qərarı qəbul etmirik. Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini kobud şəkildə pozan bu qərar qəbul edilə bilməz”, – bəyanatda deyilir.

Ankara tərəfləri sülh yolu ilə nizamlanma üçün danışıqlara çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.