“Rusiyanın daxil olmadığı istənilən sülh planı iflasa uğrayacaq”– KALIN

“Ukrayna ilə bağlı istənilən sülh planında Rusiyanın fikri nəzərə alınmalıdır. Lakin nizamlanmada Avropa və ABŞ da iştirak etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Tərəflər böyük itkilər verdikdən və müharibə yorğunluğunu yaşadıqdan sonra nəhayət, danışıqlar masası arxasına əyləşəcəklər. Ona görə də biz deyirik ki, həll yolu təkcə Ukrayna və Rusiya, onun rəhbərliyi arasında deyil, həm də ABŞ və Avropanın iştirakı ilə işlənib hazırlanmalıdır. Rusiyanın daxil olmadığı istənilən sülh planı uğur qazanmayacaq, iflasa uğrayacaq”.

O əlavə edib ki, münaqişə uzandıqca, Avropa müharibədən yorulacaq və cəmiyyət deyəcək ki, daha ukraynalıları dəstəkləmək istəmir: “Onlar deməyə başlayacaqlar ki, daha bu müharibənin nəticələrini çəkmək istəmirlər”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.