Rusiyanın dövlət KİV-lərinin Avropa İttifaqında fəaliyyəti qadağan olunur.
Azpost.info bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen bildirib.
“Daha görünməmiş addım: Biz Avropa İttifaqında Kremlin media maşınını qadağan edəcəyik”.
Onun sözlərinə görə, Rusiyanın RT, Sputnik və onun törəmə strukturları qadağa altına düşəcək.
Hazırda bunun üçün lazımi alətlər işlənir.