“Rusiyanın dərinliklərinə zərbələrlə bağlı ABŞ-ın qərarını Almaniya da dəstəkləməlidir”- ZELENSKİ

Ukrayna
Ukrayna

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya hakimiyyətini ABŞ-ın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə icazə vermək qərarını dəstəkləməyə çağırıb.

Azpost.info xəbər verir ki, Zelenski bu barədə Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna çalışır ki, bütün ölkələr bu addımı dəstəkləsin.

“Nüvə silahları ilə bağlı bəyanatlardan sonra (Rusiyanın yeni nüvə doktrinası haqqında) hesab edirəm ki, Almaniyanın müvafiq qərarı dəstəkləməsinin vaxtı çatıb”, – Ukrayna lideri bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.