Rusiyanın hərbi aviasiyasına sarsıdıcı zərbə– “Pauitna” əməliyyatı nəticəsində yeni itkilər açıqlandı

Hərbi
Hərbi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ilə müharibənin son 24 saatına dair məlumat yayıb. AzPost xəbər verir ki, Ukrayna tərəfi Rusiyanın hərbi hava qüvvələrinə qarşı “Pauitna” adlanan xüsusi əməliyyat həyata keçirib və ciddi uğurlar əldə edib.

Məlumatlara görə, əməliyyat zamanı Rusiya ordusuna məxsus on iki təyyarə məhv edilib. Bununla yanaşı, son sutkada Rusiya ordusunun min yüz hərbçisi zərərsizləşdirilib. Ukrayna tərəfinin açıqladığı siyahıya əsasən, 7 tank, 8 zirehli texnika, 48 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi qurğusu, 1 hava hücumundan müdafiə sistemi, 126 pilotsuz uçuş aparatı və 145 nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Ukrayna mətbuatının yazdığına görə, “Pauitna” əməliyyatı 1 iyun tarixində gerçəkləşdirilib. Əməliyyat çərçivəsində Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın arxa cəbhəsində yerləşən dörd hərbi aerodroma eyni vaxtda zərbə endirib. Nəticədə 41 hərbi təyyarə məhv edilib. Məxfi mənbələr həmin təyyarələr arasında A-50, Tu-95, Tu-22M3 və Tu-160 kimi strateji model aviasiya vasitələrinin olduğunu bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, bu cür əməliyyatlar Rusiyanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir və onu sülh danışıqlarına məcbur etməlidir. O, beynəlxalq ictimaiyyəti diplomatik təzyiqləri artırmağa çağırıb.

Son günlərdə Ukrayna ordusu Rusiya cəbhələrində fəallığını artırıb və yalnız son sutkada 142 döyüş toqquşması qeydə alınıb. Müharibənin intensivliyi artmaqda davam edir və yaxın günlərdə daha ciddi hərbi hadisələrin baş verəcəyi ehtimal edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.