Rusiyanın iki hərbi gəmisi Bakıya gəldi –FOTO

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.
Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 20-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

İran səfiri Şahin Mustafayevlə görüşdü –