Rusiyanın ilk antropomorfik süni intellekt robotu Moskvada keçirilən təqdimat zamanı yerə yıxılıb.
TASS-ın məlumatına görə, humanoid robotlar hazırlamaq və istehsal etmək üçün yaradılan Yeni Texnologiya Koalisiyası robota Aidol adını verib.
O, internet bağlantısı olmadan da işləyə və hətta emosiyalarını ifadə edə bilir.
Moskva xəbər agentliyinin məlumatına görə, təqdimat zamanı robotun yeriyən versiyası yerə sərələnib. Oturan versiyasının nümayişi insidentsiz keçib.