“Rusiyanın İraqdakı 13 milyardını sanksiyalardan qorumalıyıq”- LAVROV

“Rusiyanın İraqdakı sərmayələrini Qərb sanksiyalarının təsirindən qorunması vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iraqlı həmkarı Fuad Məhəmməd Hüseynlə Bağdadda keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya İraqa 13 milyard dollardan çox sərmayə qoyub.

“Qanuni iqtisadi münasibətləri Qərbin qeyri-qanuni təzyiqlərindən qorumalıyıq”, – XİN rəhbəri deyib.

Lavrov qeyd edib ki, Rusiya və İraqın iqtisadi və energetika idarələri hər iki ölkənin milli maraqlarına cavab verən qarşılıqlı məqbul həll yollarının tapılması üçün təmas təcrübəsinə malikdirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.