Rusiyanın kənarlaşdırıldığı dünya çempionatının qalibi Kanada oldu

Kanadanın xokkey üzrə milli komandası dünya çempionatının qalibi olub.

Azpost.info xəbər verir ki, Kanada finalda Almaniyaya 5:2 hesabı ilə qalib gəlib.

Kanadalılar tarixdə 28-ci dəfə dünya çempionu olublar. Görüş Finlandiyanın Tampere şəhərindəki stadionda baş tutub.

Bürünc medalı tarixində ilk dəfə olaraq Latviya komandası qazanıb. O, ABŞ komandasına qalib gəlib. Görüş əlavə vaxtda 4:3 hesabı ilə başa çatıb.

Builki xokkey üzrə dünya çempionatı Sankt-Peterburqda keçirilməli idi, lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən məkan Riqa və Tampereyə köçürüldü.

Rusiya və Belarus komandaları turnirdən kənarlaşdırılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.