Rusiyanın bir sıra regionlarında marketlərdə toyuq əti yoxa çıxıb.
NEWS.ru portalı yazır ki, bu barədə yerli sakinlər məlumat verib. Belə ki, Samara, Yekaterinburq və Çelyabinskdən olan alıcılar piştaxtalardan ətin itdiyini bildiriblər. TVSamara.ru xəbər verir ki, rəflərdə nə toyuq budları, nə qanadları, nə də file var.
Yerli nəşr 74.RU yazır ki, Çelyabinskdə də mağaza rəflərində toyuq yoxdur. Media həmçinin toyuq tədarükü ilə bağlı heç bir problem olmadığını bildirən regional Kənd Təsərrüfatı Nazirliyinin şərhinə istinad edir.
E1.RU portalı qeyd edir ki, Yekaterinburqda əvvəllər toyuq məhsulları olan mağazalarda da rəflər boşdur. Nəşr iddia edir ki, bu, bir çox supermarketlərdə eyni mənzərədir.
Dekabrın sonunda Rusiya hökuməti qiymətləri sabitləşdirmək üçün 140 min tona qədər dondurulmuş yerli toyuq ətinin idxalına gömrük rüsumlarının ləğvini nəzərdə tutan qərarı təsdiqləyib. Sənədə əsasən, tədbir 2024-cü il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq.
Azpost.info