Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyanın mühakiməsi üçün beynəlxalq tribunal yaradılır –

User 28 Aprel 2022 - 11:29 (Last updated: 21 May 2025 - 20:15)
aspa02

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynadakı cinayətlərinə baxacaq beynəlxalq tribunalın yaradılması təşəbbüsü ilə çıxış edib.

Azpost.info xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Assambleya AŞPA-da sosialist qrupunun rəhbəri, alman deputat Frank Şvabenin hesabatı əsasında qətnamə qəbul edib. AŞPA Rusiya silahlı qüvvələrinin törətdiyi vəhşiliklərə dair artan sübutlardan narahat olduğunu bəyan edib. Qurum Rusiyanın beynəlxalq insan haqlarını və beynəlxalq humanitar hüququ pozan hərəkətlərini, eləcə də digər beynəlxalq cinayətlərini (müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımı) araşdırmağa yönəlmiş bütün səyləri tam dəstəklədiyini bildirib.

Ukrayna Ali Radasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentsevanın sözlərinə görə, AŞPA bu sənədlə Avropa Şurası üzvlərini Rusiyanın siyasi və hərbi rəhbərliyinin törətdiyi təcavüz cinayətini araşdırmaq və mühakimə etmək üçün xüsusi beynəlxalq cinayət tribunalı yaratmağa çağırır.

Qətnamədə həmçinin Avropa Şurası Nazirlər Komitəsinin Rusiyanın Ukraynaya təcavüzünün nəticələri ilə bağlı xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı tövsiyəsi yer alıb. Parlamentarilər həmçinin qeyd ediblər ki, Rusiyanın təcavüzü İkinci Dünya müharibəsindən sonra qlobal idarəçiliyə meydan oxuyub, Avropada ən ağır humanitar böhrana, enerji qiymətlərinin kəskin artmasına və ərzaq təhlükəsizliyinə səbəb olub. Qətnamə hərbi əməliyyatları dayandırmaq, qoşunları Ukraynanın suveren ərazisindən çıxarmaq və beynəlxalq hüquqa riayət etmək üçün Rusiyaya təzyiqlərin davam etdirilməsini tələb edir.

Qətnamə demək olar ki, yekdilliklə dəstəklənib. 147 nəfərdən 144-ü sənədin lehinə səs verib.

Azpost.info

Post navigation

Previous: Ukraynada müharibənin bitməsi Moskvanın qərarından asılıdır –
Next: ABŞ Rusiyanın müsadirə olunmuş pullarını Ukraynaya verəcək –

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50

xƏBƏR

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Bakıda mənzil almaq istəyənləri daha yüksək qiymətlər gözləyir. Paytaxtın daşınmaz əmlak bazarında bahalaşma oktyabr ayında da davam...
Read more about Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.