ABŞ Rusiyanın müsadirə olunmuş pullarını Ukraynaya verəcək –Qanun layihəsi Konqresdən keçdi

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın sanksiya tətbiq etdiyi aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Azpost.info xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıqal və Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Sənədin müddəaları bu vəsaiti Ukraynanın bərpasına, ukraynalılara humanitar yardımın göstərilməsinə və dövlətə, o cümlədən hərbçilərə digər yardımlara yönəltməyə imkan verir. “Bu, Konqresin siyasi iradəsini açıq şəkildə ortaya qoyur və Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi istiqamətində ilk və çox vacib addımdır”, –

Yermak bildirib. 417 konqresmen qanun layihəsinin lehinə səs verib. Bundan sonra layihə Senat və ABŞ prezidentinin təsdiqindən keçməlidir.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın mühakiməsi üçün beynəlxalq tribunal yaradılır –

Sonrakı məqalə

“Rusiyanın Avropa İttifaqına satdığı qazdan gəliri iki dəfə artıb” –