“NATO ölkələri Rusiyanın hücumu halında hərbi imkanlarını artırmalıdırlar”.
Azpost.info xəbər verir ki, bunu Norveç Silahlı Qüvvələrinin komandanı, general Eyrik Kristoffersen deyib.
“Biz güclü müdafiəyə daha çox sərmayə qoymalıyıq. Biz lazımi imkanları təmin etməliyik”, – o bildirib.
Kristoffersen qeyd edib ki, Rusiya hərbi istehsalını əhəmiyyətli dərəcədə artırıb, həmçinin arsenalını artırmaq üçün İran və Şimali Koreya ilə əməkdaşlıq edir. Üç ildən sonra Rusiya ilə nə baş verəcəyini bilmirik. Bizim üçün güclü milli müdafiə vacibdir. Ona görə də indi biz vaxtdan səmərəli istifadə etməliyik”, – general vurğulayıb.
Onun sözlərinə görə, ilk növbədə NATO ölkələri hava hücumundan müdafiəni gücləndirməyə, eləcə də uzaqmənzilli raketlərin, mərmilərin və hərbi texnika üçün ehtiyat hissələrinin istehsalının artırılmasına diqqət yetirməlidirlər.
Eyni zamanda, Kristoffersen etiraf edib ki, Ukraynadakı müharibə Norveç və digər Avropa ölkələrinin silah ehtiyatlarını azaldıb: “Bu, dilemmadır. Ancaq çox vacibdir ki, biz Ukraynanı nə lazımdırsa, o qədər də dəstəkləyək. Və bu, görünür, uzun müddət davam edəcək”.
Azpost.info