Rusiyanın Qara dəniz Donanmasının qərargahı vurulub, yaralılar var

Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.

Nəticədə 5 nəfər yaralanıb.

Rusiya Qara dəniz Donanması Sevastopolda qərargah ərazisinə zərbə endirildiyini təsdiqləyib.

Donanmanın mətbuat xidməti kiçik pilotsuz uçuş aparatına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində binalardan birində şüşələrin sındığını və 5 nəfərin yaralandığını açıqlayıb.

Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.

Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.