Rusiyanın qaz gəlirləri 8 dəfə azalıb- Avropa Komissiyası

“Rusiya Avropada qaz rıçaqlarını itirib”.

Azpost.info xəbər verir ki, bunu Avropanın enerji siyasəti üzrə rəsmisi “Financial Times”a deyib.

“Söhbət təkcə ondan getmir ki, Avropada qazın qiyməti 2022-ci ilin avqust ayından – Vladimir Putinin “Qazprom”un tədarükünü dayandırmaqla Avropa İttifaqının qazını mütəşəkkil şəkildə blokadaya alması nəticəsində ən yüksək həddə çatandan bəri 90 faizdən çox ucuzlaşıb. Enerji böhranından xilas olan Aİ Rusiya qazından asılılıqdan qurtulub”, – rəsmi bildirib.

“Əgər 2022-ci ilin martında Aİ Rusiya qazının tədarükü üçün ümumilikdə 21,4 milyard avro ödəyibsə, 2023-cü ilin martında cəmi 2,7 milyard avro ödəyib”, – Avropa Komissiyasının sənədində deyilir.

Bu da o deməkdir ki, Rusiyanın qaz gəlirləri 8 dəfə azalıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.