Rusiyanın qoyduğu sanksiyalar Avropa Parlamentini qəzəbləndirib:"Bu, cavabsız qala bilməz"

“Avropa Parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyası sədr müavini Vera Yurovaya qarşı Rusiyanın elan etdiyi sanksiyalar cavabsız qala bilməz”.

RİA Novosti xəbər verir ki, bu barədə “Renew Europe” liberal fraksiyasının lideri Daçian Çoloş “Twitter” səhifəsində yazıb.

“Bu, cavabsız qala bilməz. Avropa Parlamenti bu həftə Avropa İttifaqının insan haqları pozuntularına görə sanksiyalarının genişləndirilməli olduğunu açıqlayıb”, deyə Çoloş əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Avropa İttifaqının 8 vətəndaşına və qurumun rəsmi strukturunun nümayəndələrinə ölkəyə girişi qadağan edib. Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri David Sassoli, Avropa Komissiyası sədr müavini Vera Yurova da daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad Rəhimovun oğlu ictimaiyyətdən pandemiyaya görə dəfnə gəlməməyi xahiş edib

Sonrakı məqalə

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış başa çatıb