Rusiyanın Raket və Artilleriya İdarəsinin anbarlarında güclü partlayışlar baş verib

Kostroma vilayətinin Neya şəhərində yerləşən Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin arsenalında partlayışlar gecə boyu davam edib.

Bu barədə “Unian“ məlumat yayıb.

Yerli sakinlərin sosial şəbəkədə paylaşdıqları məlumatlara görə, arsenalda partlayış bütün gecə davam edib və hadisə yerində evakuasiya tədbirləri həyata keçirilib.

Bildirlir ki, Neya şəhərindəki arsenalın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əhali təxliyə olunur. Partlayışlar nəticəsində hər hansı insan tələfatı barədə məlumat hələ də açıqlanmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.