“Rusiyanın siyasi sistemi cəmiyyətin istəklərinə cavab verir” –Putin

“Yeni deputatların və “Yeni insanlar” fraksiyasının VIII çağırış Rusiya Dövlət Dumasında olması onu sübut edir ki, Rusiyanın siyasi sistemi inkişaf edir və cəmiyyətin istəklərinə cavab verir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının yeni tərkibində təmsil olunan deputatlarla görüşündə bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, seçilən 450 deputatdan 218-i ilk dəfədir ki, Dövlət Dumasında çalışacaq: “Eyni zamanda, parlamentdə “Yeni insanlar” fraksiyası formalaşıb, onlar ilk dəfə Dövlət Dumasına seçiliblər. Bütün bunlar sübut edir ki, Rusiyanın siyasi sistemi inkişaf edir, cəmiyyətin dəyişən istəklərinə cavab verir, fəal və məqsədyönlü vətəndaşların federal səviyyədə siyasətçi olmalarına imkan verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Media etikası mövzusunda onlayn konfrans keçirilib

Sonrakı məqalə

Moskvada Şeyxülislam Allahşükür Paşazadə və Patriarx Kirill arasında görüş keçirilib –