Moskvada Şeyxülislam Allahşükür Paşazadə və Patriarx Kirill arasında görüş keçirilib –FOTOLAR (YENILƏNIB)

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.

Görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında baş tutub.

**

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Şeyxülislam Allahşükür Paşazadə ilə sonuncu dəfə iki il bundan öncə görüşdüyünü xatırladıb.

“Mən sizin üçün darıxmışam. Biz adətən sizinlə müntəzəm olaraq görüşürük. Bu görüşlər hər zaman mehriban, deyərdim ki, qardaşlıq atmosferində keçir. Bu müddət ərzində bir-birimizə qarşı inamlı atmosfer yaranıb. Bu çox vacibdir. Çünki biz sizinlə sadə olmayan məsələləri müzakirə edirik. Bu məsələ dini liderlərin görüşünün gündəliyində dayanır. 30 il ərzində, tanışlığımız dövründə elə bir hal, elə bir mövzu olmayıb ki, bizi ayırsın, gərginlik yaratsın. Biz həqiqətən də hər zaman müzakirə etdiyimiz məsələlərin həllini axtarıb tapmışıq, tapırıq və tapacağıq”, – Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vurğulayıb.

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Görüş Rusiya Patriarxlığının Müqəddəs Danil Monastrında keçirilir.

Koronavirus pandemiyasına görə QMİ sədri və Rusiya Patriarxının görüşü mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, Allahşükür Paşazadənin oktyabrın 11-də Rusiya Federasiyasına səfəri başlayıb. Səfər çərçivəsində QMİ sədri sabah Patriarx Kirill və bütün ermənilərin katalikosu II Qareginin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək. Oktyabrın 14-də isə Şeyxülislam Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasiminə qatılacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyanın siyasi sistemi cəmiyyətin istəklərinə cavab verir” –

Sonrakı məqalə

Mahir Emrelinin 3-cü testinin cavabı məlum oldu