Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşşenkonun koronavirusa yoluxması təsdiqlənib.

“Report”un “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi. O həm də Moskva “Dinamo”sunun Məşvərət Şurasının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pandemiyanı ciddiyə almamaq yaxınlarına və başqalarına düşmənçilikdir” –

Sonrakı məqalə

Hökumətin hesabatı Milli Məclisə daxil olub