Rusiyanın Ukraynadakı itkiləri 34 min nəfəri keçib

24 fevral 2022-ci il tarixindən 13 oktyabr 2023-cü il tarixədək Ukraynaya qarşı müharibədə Rusiya ən azı 34 412 əsgərini itirib.

Azpost.info xəbər verir ki, bu barədə “Mediazona” və “BBC”nin birgə araşdırmasında deyilir.

Bu rəqəmə “Vaqner”çilər də daxildir. “DXR” və “LXR” birləşmələrinin tərkibində Rusiya tərəfində döyüşənlər siyahıya daxil edilməyib.

Araşdırmaçı jurnalistlər qeyd edirlər ki, onlar yalnız açıq mənbələrdəki məlumatları nəzərə alıblar. Bunlar qohumların mesajları, regional mediada dərc olunanlar və yerli hakimiyyət orqanlarının rəsmi açıqlamalarıdır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.