Rusiyanın Ukraynadakı təsdiqlənmiş itkiləri 50 mini ötüb- Pentaqon neçə nəfər deyir?

“Ukrayna ilə müharibədə azı 50 min rus əsgəri həlak olub”.

Azpost.info xəbər verir ki, “Mediazona” və BBC-nin birgə hesablamalarına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı zamanı ölənlərin ən azı 43 faizinin ordu ilə əlaqəsi olmayıb.

Təsdiqlənmiş itkilərin 18 faizi məhkumlar, 13 faizi könüllülər, 12 faizi səfərbərliyə cəlb olunanlar olub.

Pentaqon Rusiyanın itkilərinin sayını 315 min ölü və yaralı olaraq qiymətləndirir. Ukrayna tərəfi iddia edir ki, genişmiqyaslı müharibə zamanı Rusiya 440 mindən çox hərbçi itirib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA və Audiovizual Şura müsabiqə elan edib

Sonrakı məqalə

“Qarabağ” Qara Qarayevi təhqir edən azarkeşlərə görə cərimə ödəyəcək