“Rusiyanın üzərinə mühüm və zəruri missiya düşüb: Dünyanı Qərb tərəfindən yürüdülən ağılsızlıqdan xilas etmək! Bu işdə onu dost və neytral ölkələr, eləcə də Qərb ölkələrinin xalqları dəstəkləyəcəklər”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Maqadanda keçirilən Uzaq Şərq Federal Dairəsinin təhlükəsizliyinə dair yığıncaqda çıxışında deyib.
O bildirib ki, yüksək iqtisadi və texnoloji inkişaf səviyyəsinə çatan bəşəriyyət mənəvi istiqamətlərini və sabit əxlaqi prinsipləri itirmək problemi ilə üzləşir.
Patruevin sözlərinə görə, “Rusiyanın üzərinə mühüm və zəruri rol düşür – dünyanı Qərbin təbliğ etdiyi dəlilikdən xilas etmək! “Bizi dost və neytral ölkələr, eləcə də Qərb ölkələrinin xalqları dəstəkləyəcək”- Təhlükəsizlik Şurasının katibi əlavə edib.
Patruşev hesab edir ki, Rusiya özünün mədəni suverenliyini, tarixini və çoxmillətli ölkəni birləşdirən rus əxlaqi ideallarını qəti və ardıcıl şəkildə müdafiə edir.
“Ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin möhkəmləndirilməsi, Rusiya xalqının mədəni və tarixi irsinin qorunması əsas strateji milli prioritetlərdən biridir və onların həyata keçirilməsi dövlət orqanları tərəfindən təmin edilməlidir”, – deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Azpost.info