Rusiyanın xarici işlər naziri bu gün Bakıya gəlir

10 May 2021 - 10:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

“TASS”-ın verdiyi məlumata görə, S.Lavrovun Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılır.

Rusiya XİN rəhbərinin səfəri mayın 11-dək davam edəcək.